Siyasət
Ermənistanda Rusiya hərbi bazasının gücü təxminən iki dəfə artırılacaq

Ermənistandakı 102-ci Rusiya hərbi bazası yeni və müasir silahlanma və hərbi texinaka ilə əlavə olnduqdan sonra bazanın döyüş potensialı təxminən iki dəfə artırılacaq. “İnterfax”-ın məlumatına əsasən, bu barədə məlumatlar 102-ci hərbi bazasının polkovniki Nikolay Martinyuk Gümridə yerləşən Rusiya hərbi bazasını ziyarət edən RF müdafiə naziri Sergey Şoyguya təqdim etdi.
Öz növbəsində, Cənubi hərbi dairəsinin baş qərargah rəisi, general-leytenant Sergey Kuzovlyev nazirə bildirib ki, “ hərbi baza maddi vasitələrlə, texnika və silah-sursatla tam təmin olunur”.
Bu gün Rusiya müdafiə nazir müavini Timur İvanov Şoyquya deyib ki, 2020-cu ildə Ermənsitanda yerləşən Rusiya hərbi bazasında çoxfunksiyalı mədəniyyət və əyləncə mərkəzi yaradılacaq.







