
Azərbaycanda seçkidən sonrakı ehtiraslar sakitləşmək bilmir.Müxalifət etiraz aksiyaları vasitəsilə növbədənkənar parlament seçkilərinin nəticələrini düzgün olmadığını israr etməkdə davam edir.Bir çox beynəlxalq müşahidəçilərin qənaətincə fevralın 9-da keçirilən növbədənkənar seçkilər Avropa demokratiyasının standartlarına qətiyyən uyğun deyil.
Sanki hakimiyyət artıq beynəlxalq ictimaiyyəti razı salmaq niyyətiylə bir addım atıb: dörd seçki dairəsindəki seçki nəticələrini bir dəfədən ləğv etdilər, lakin bundan artıq müxalifət etirazlarına dözmək niyyətində deyillər və buna heç hazırlaşmırlar da. Onlar işlənən, artıq təkminləşdirilmiş şəkildə dəyənəklə susdurmaq üsulunu seçmişlər.
Azərbaycan prezidenti Münhendə beynəlxalq birliyə Qarabağ məsələsinin ara həllinə cavab axtarırmı? Vəziyyət məsələsini müzakirə etməzdən əvvəl o, problemin həllini mərhələli şəkildə gördüklərini söylədi: yəni ərazilərin azad edilməsi, məcburi köçkünlərin geri qaytarılması, məskunlaşdırma. Bundan sonra “haçan hazır olacaqlar”, Qarabağın statusu haqqında müzakirə mövzusu ərzində Əliyevin birbaşa sözüdür.

“Status Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməməlidir. Azərbaycan çoxmillətli bir dövlətdir, orada azlıqlar sülh şəraitində yaşayır və ermənilər də eyni imtiyazlardan istifadə edə bilər”-deyə Azərbaycan prezidenti qeyd edib.
Sözlər, necə ki,analitiklər qeyd edir, daxili auditoriya üçündür, çünki bu günlərdə ölkədə seçki sonrası ehtiraslar nəinki yerli azlıqların, həm də hakimiyyətin heç bir fikrini bölüşməyənlərin əsəblərini qıcıqlandırıb.
“Azad seçkilər” şüarı altında müxalifət növbəti dəfə polisin əks təzyiqiylə toqquşaraq ölkənin Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında etiraz aksiyası keçirməyə çalışdı.
Seçki nəticələrinə etiraz edən şəxslər, beynəlxalq KİV və dərc olunan video kadrların təsvir etdiyi faktlara görə, qəddar polis hərəkətlərinin nəticəsində, MSK-nı tərk edərək Bakıdan uzaqlarda peyda olundular. Daha təsəvvüredici təsvir etməli olsaq polislər, bütün ərazini zəncirləmişlər, iştirakçıların çoxunu həbs edir, bəzilərini binaların girişlərində saxlayır digərlərini avtobuslara basaraq şəhərdən çıxarır və müəyyən bir məsafəyəcən apardıqdan sonra buraxırlae.
İlkin məlumatlara görə, 50 nəfər həbs olunub. Bundan əlavə, Azərbaycan prezidenti milli azlıqların ölkədə əmin-amanlıq, sülh şəraitində yaşadıqlarını əminliklə deyərkən, düzəldilmiş, uydurma ittihamlarla və İnsan haqlarının kobudluqla pozuntusuyla talışların liderlərindən Fəxrəddin Aboszodə 16 il azadlıqdan məhrum edildi.
Azərbaycan Respublikasının yerli xalqları bu gün bütün hüquqlardan məhrumdur, İranşünas Vardan Voskanyan Əliyevin Münhendəki sülh bəyanatına toxunmaqla deyir:
“Azərbaycan Respublikası etnokratik bir dövlətin klassik nümunəsi olaraq yaradılıb. Orada nəinki yalnız yerli əhalinin hüquqları qorunmur,o cümlədən zorla assimilyasiya siyasəti davam edilməkdədir.Nəticədə yerli xalqlar bio-etnik azərbaycanlı etnik kütlələr, qruplar kimi müşahidə olunur və qəbul edilir.İlham Əliyevin bəyanatına səslənmə hələlik yoxdur,lakin olacaqdır.Ona görə, bu gün də Talış hərəkatı inkişaf edir olduqca fəaldır və Azərbaycan siyasətinə əks zərbə endirir”-deyərək İranşünas cənab Voskanyan qeyd edib.

Talış xalqının nümayəndəsi, hazırda Rusiyada yaşayan və “Talış diaspor”u və İctimai təşkilat sədri İsmayıl Şabanov da Bakının yürütdüyü dövlət assimilyasiya siyasətinin Talış üçün təhlükə olduğunu bir daha təsdiqləyir. Şabanov deyir ki, bu gün azərbaycanlılar yerli xalqların mədəniyyətini, elmi nailiyyətlərini tamamiylə mənimsəmişlər.
“Bu gün onlar bizə hər şeyi qadağan edir. Təsəvvür edin ki, hətta talış sözünü ifadə etmək belə qanunla qadağan olunub. Onlar bizdən dədə-baba miraslarımızı, bizim torpaqlarımızı bizdən qoparır.Xalqımız bunu dərk edir. Bugünkü gənclik gələcəkdə bizi bağışlamayacaqdır.
Deyəcəklər, yadellilər gəlib torpaqlarımızı zəbt edərkən bəs siz harada idiniz , nə üçün icazə verdiniz? Sabah bizim başımıza nə gələcək?.Biz kiçik bir xalqıq onlar bizi hər vəchlə məhv etmək istəyirlər. Niyə, nə üçün?.Biz sizə ziyanmı veririk?. Xalqımız hətta talış dilində bir-biriylə danışmağa çəkinir. Seçkilərdə iştirak edərkən mütləq bir hadisə baş verir”.
Biz Azərbaycanda dinc şəraitdə yaşamırıq, Azərbaycan yerli talışa açıq-saçıq düşmənçiliklə yanaşır.
Talış Geosiyasi Tədqiqatlar Mərkəzinin eksperti, Talış Xalq Hüquqları Komissiyasının sədri Zahirəddin İbrahimi Radiolur-a açıqlamasında deyib: Rəsmi Bakı, Beynəlxalq Birliyə, milli azlıqlara bərabər şəraitin yaradıldığı barədə hesabat verir. “ “Yalandır,ağ yalan, həqiqətlə qətiyyən uzlaşmır” –deyərək Zahirəddin İbrahimi qeyd edib.
“Bununla belə, Azərbaycanda talış dilində elə bir məktəb yoxdur ki, orada talış dilində dərs keçməyə icazə verilsin. Mən rəsmi olaraq tam məsuliyyətlə bəyan edirəm ki, Azərbaycan Avropanı aldadır deməklə ki, talış məktəbləri var, talış televiziyası, radiosu, mətbuatı var. Bütün bunlar həqiqətlə heç uzlaşmır.Talışlar orada təzyiqə məruz qalır”.
Yüksək dövlət səviyyəsiylə eləcə də Azərbaycanda yaşayan talışların sayı təhrif olunur. Rəsmi statistikaya əsasən bu gün 120 min talış yaşayır

Dünya siyasi araşdırmalara “Talış” Mərkəzinin ekspertinə görə talışların sayı Azərbaycanda yarım milyondur. Dəqiq məlumatlar yoxdur.







