
Ermənistan Respublikasının Silahlı Qüvvələri Gürcüstanda 2020-ci ildə keçiriləcək çoxmillətli NATO təlimində iştirak edəcəkdir. Alınan məlumata görə bu haqda Ermənistan Müdafiə naziri Davit Tonoyan və Gürcüstanın Müdafiə naziri İrakli Ğaribashvilinin fevralın 27-də birgə bəyanatında bildiriblər.
Ermənistan hərbiçilərinin NATO-ya üzv və tərəfdaş ölkələr formatında 2020-ci ildə keçiriləcək çoxmillətli təlimlərdə iştirak edəcəyini məmnuniyyətlə qeyd etmək istərdim. Ümid edirəm ki, gələcəkdə də Ermənistan tərəfi bu cür təlimlərdə fəal iştirak etməyə davam edəcəkdir”-deyərək İrakli Ğaribaşvili bəyan edib.
Gürcüstanın Müdafiə naziri İrakli Ğaribashvili iki günlük rəsmi səfərlə Ermənistana gəlib.







