
Amerika Birləşmiş Ştatları 2021-ci ildə Ermənistana xarici maliyyə yardımı olaraq 16 milyon dollar ayırmağı planlaşdırır.
Amerika Araşdırmalarının Erməni mərkəzinin məlumatına görə, Xarici yardım proqramı çərçivəsində inqilabdan sonra Ermənistan üçün maliyyə yardımı ən böyük həcmi olacaqdır
Mərkəzin məlumatına görə, 2019-cu ildə ABŞ Ermənistana 6 milyon dollar ayırmağı planlaşdırmışdı,faktiki olaraq bu rəqəm bir neçə dəfə artaraq 24 milyon təşkil etmişdir.2020-ci ildə Vaşinqton Yerevana təxminən 7 milyon dollar ayırmağı planlaşdırır.
RUSARMINFO daha öncə bildirmişdi ki, ABŞ hökuməti Artsaxda “HALO Trust” mina təmizləmə proqramı üçün ayrılan maliyyəni ləğv etmişdir.







