Ermənistanda koronavirusdan ilk ölüm hadisəsi qeyd olunub

Ermənistanda koronavirus ölümü ilə bağlı ilk hadisə qeyd edilib. Pasient dünəndən reominasiya şöbəsində idi və onun vəziyyəti həddindən artıq ağır qiymətləndirilib. Bu haqda ER Səhiyyə nazirinin mətbuat katibi Alina Nikoğosyan bildirib.
“Nork” İnfeksion klinik xəstəxanasında ölüm hadisəsi qeyd olunub..72 yaşlı pasientin koronavirus xəstəliyi, eləcə də ikitərəfli ağ ciyər sətəlcəmi, poliuretan çatışmazlığı, tənəffüs çətinliyi sindromu, hipertansiyon və ürək ritminin pozuntusu halları vardı.
Təəssüflər olsun ki, müşayiət olunan xəstəliklər səbəbindən onun həyatını xilas etmək mümkün olmadı”-deyərək Facebook səhifəsində o yazıb.
Həmçinin qeyd olunur ki, xəstə dünəndən etibarən reanimasiya şöbəsindədir və onun vəziyyəti son dərəcə ağır olaraq qiymətləndirilib.
Nikogosyan Sputnik Armeniyaya deyib ki, mərhum Ermənistan vətəndaşı olub.Daha sonra şərhində mərhumun qadın olduğunu qeyd edib.







