Başlıcaİctimaiyyət
Ermənistanda daha 65 nəfərdə koronavirus aşkaranıb

Aprelin 29-da Ermənistanda 65 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə ER Səhiyyə Nazirliyinin Operativ Qərargahından məlumat verilib.
Ümumi olaraq, aprelin 29-da koronavirusa yoluxanların sayı 1932-ə çatdı.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 189 test aparılıb. Hazırda 1000 nəfər müalicə alır.
Hazırkı dövrədək Ermənistanda 900 nəfər sağaldı, 30 nəfər vəfat etdi.







