Başlıcaİctimaiyyət
Ermənistanda daha 145 nəfərdə koronavirus aşkarlanıb

Mayın 8-də Ermənistanda 145 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Ümumi olaraq, 8 mayda koronavirusa yoluxanların sayı 3 029-a çatdı.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 29 205 test aparılıb. Hazırda 1 758 nəfər müalicə alır.
Son məlumatlara əsasən, 1 218 nəfər sağaldı, 43 nəfər vəfat etdi.







