Başlıcaİctimaiyyət
Ermənistanda daha 142 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 142 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 3 860-a yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 49-a çatıb.
Bildirilib ki, ölkədə indiyədək 1 572 nəfər bu infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 218 aktiv koronavirus xəstəsi var. İndiyədək 36 016 test aparılıb.







