Başlıcaİctimaiyyət
Ermənistan tərəfindən axtarışda olan Şimali Makedoniyalı diplomat Serbiyada saxlandı

Serbiya hüquq -mühafizə orqanları Ermənistan tərəfindən axtarışda olan Şimali Koreya diplomatı Milen Milenkovskini saxlayıb. Bu barədə “Alsat” telekanalı bildirdi.
Diplomat avqustun 27-də “Preşevo” sərhəd-keçid məntəqəsində Serbiyadan Şimali Makedoniyaya keçməyə çalışarkən tutulub.
Şimali Makedoniyanın “Alsat” telekanalının məlumatına görə, Serbiya Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.
Ermənistan hüquq -mühafizə orqanlarından verilən məlumata görə, 2018 -ci ildə Milenkovskinin başçılığı ilə Şimali Makedoniyanın üç diplomatı Ermənistanın keçmiş məmurunu Ermənistanı tərk etməsinə kömək edib.







