BaşlıcaSiyasət

Ermənistanda KTMT-nin “Qrom-2021” hərbi təlimi keçirildi

Sentyabrın 24-28-də KTMT-nin Kollektiv Sürətli Müdaxilə Qüvvələrinin xüsusi təyinatlı birləşmələrinin tərkibinə daxil olan narkotiklərlə mübarizə xidmətlərinin, DİN və xüsusi xidmət orqanlarının xüsusi qüvvələri ilə “Qrom-2021” xüsusi təlimi keçirilildi.

Təlimlər KTMT-nin Birgə qərargahı və Katibliyinin iştirakı və əməkdaşlığı ilə keçirilib.

Təlimlərə Ermənistan Respublikası Polisinin, Belarus Respublikası, Qırğızıstan Respublikası Daxili İşlər Nazirliklərinin, habelə Tacikistan Respublikasının Prezidenti yanında Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi təyinatlıları cəlb edilib.

Təlimdə KTMT üzv dövlətlərinin 350-yə yaxın hərbçisi, 49 ədəd texnikası, 3 vertolyotu, pilotsuz uçuş aparatları iştirak edib.

“Qrom-2021” xüsusi təlimlərinin sonunda KTMT Baş katibinin müavini Valeri Semerikov və ER Polis İdarəsinin rəisi, general-mayor Vahe Ğazaryan çıxış etdilər.

Daha çox göstər
Back to top button