
Noyabrın 2-də ER Xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonu qəbul edib. Nazir Mirzoyan sonuncunu bu vəzifənin icrasına başlaması münasibətilə təbrik edib və ona məsuliyyətli missiyasında uğurlar arzulayıb.
Ararat Mirzoyan və Erika Olson Ermənistan-ABŞ münasibətlərinə dair geniş spektrli məsələləri müzakirə edərək, müxtəlif səviyyələrdə dialoqun müsbət dinamikasından məmnunluğunu qeyd edib.
Həmsöhbətlər demokratik inkişaf, qanunun aliliyinin möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizə sahələrində səmərəli əməkdaşlığı qeyd ediblər.
Onlar həmçinin ABŞ-Ermənistan strateji dialoqu (USASD) və ABŞ Beynəlxalq İnkişaf agentliyinin Ermənistandakı proqramları çərçivəsində atılacaq birgə addımlara da toxunublar.
Görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitliyə dair fikir mübadiləsi aparıblar.
Hər iki tərəf Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində hərtərəfli həllinin zəruriliyini vurğulamış və fikir mübadiləsini aparmışlar.
Bununla əlaqədar sentyabrda Nyu-Yorkda keçiriləcək beştərəfli görüş olduqca mühüm sayılıb.
Azərbaycanın Artsaxa qarşı törətdiyi təcavüzün nəticəsində yaratdığı humanitar vəziyyət də müzakirə olunub.
Bu kontekstdə nazir Mirzoyan erməni hərbi əsirlərin və digər məhbusların qeyd-şərtsiz vətənə qaytarılmasının zəruriliyini, eləcə də Azərbaycanın nəzarəti altında olan ərazilərdə Artsaxın erməni dini və tarixi-mədəni irsinin qorunub saxlanmasının zəruriliyini vurğulayıb.







