BaşlıcaSiyasət

Nikol Paşinyan Baydenin Demokratiya Konfransında iştirak etmək dəvətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da keçiriləcək demokratiya konfransında iştirakını təsdiqləyib.

 Bu haqda Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai TV-yə verdiyi müsahibəsində deyib.

“Nikol Paşinyan Prezident Baydendən Demokratiya Konfransında iştirak etmək üçün dəvət alıb. Baş nazir Paşinyan iştirakını təsdiqləyib. Biz demokratiya ilə bağlı konfransı Ermənistanda demokratiyanın gücləndirilməsi üçün bir fürsət kimi qəbul edirik və bu konfransdan bu məqsədlə istifadə edəcəyik”- deyərək Qriqoryan qeyd edib.

2021-ci il  dekabrın 9-10-da  ABŞ Prezidenti Co Bayden iki Demokratiya Sammitindən birincisinə ev sahibliyi edəcək, bu sammitdə hökumətlərin, QHT-lərin və özəl sektorun liderlərini bir araya gətirərək, demokratiyanın yenilənməsi üçün gündəliyi təsdiqləmək və bu gün demokratiyaya təhdidlər olan bir ərəfədə    problemləri həll etmək üçün birlikdə işləmək lazım olduğunu qeyd edib.

Bundan əvvəl də  “Politico” konfransa dəvət olunmuş, Türkiyə və Azərbaycanın daxil olmadığı ölkələrin siyahısını təqdim etmişdi.

Daha çox göstər
Back to top button