
Sinqapurda səfərdə olan Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan Sinqapur Respublikasının Prezidenti Halima Hakob ilə görüşüb.
Ermənistan Respublikası Prezidentinin aparatından verilən məlumata görə görüşdə Ermənistan və Sinqapur prezidentləri Ermənistan-Sinqapur münasibətlərinin cari gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.
Prezident Sarkisyan həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın başladığı 44 günlük müharibədən sonrakı vəziyyət, humanitar məsələlər, Azərbaycanın davam edən təcavüzkar hərəkətləri, o cümlədən Ermənistanın suveren ərazisinə son müdaxiləsi barədə də məlumat verib.
Görüşdə Ermənistan-Sinqapur əməkdaşlığının müxtəlif sahələrdə inkişafı üçün potensial və imkanlara toxunulub. Prezident Sarkisyan bildirib ki, Sinqapur bir çox ölkələr, o cümlədən Ermənistan üçün sürətlə inkişaf edən uğurlu ölkə üçün yaxşı nümunədir.
Prezident Yakop qeyd edib ki, onlar bir sıra sahələrdə təcrübə və məsləhətləri ilə Ermənistana kömək etməyə hazırdırlar.
Qeyd olunur ki, hər iki Prezident Sinqapurun erməni icmasını yüksək qiymətləndirib, erməni icmasının Sinqapurun tarixində mühüm rolunu, ticarət, iqtisadiyyat, mədəniyyət və bir sıra digər sahələrə sərmayə yatırdığını vurğulayıblar.
Bildirilib ki, bir çox ermənilərin adı Sinqapur xalqının tarixində əbədi həkk olunub. Ölkənin ən qədim mehmanxanası erməni ailəsi tərəfindən yaradılıb, Sinqapurun milli çiçəyi – Sinqapur səhləb gülü erməni gülçü Aqnes Coakimin (Hovakimyan) şərəfinə adlandırılıbdır.







