BaşlıcaSiyasət

Paşinyan:  “Sünikdə blokadada olan yaşayış yeri yoxdur”

Qnel Sanosyan Baş nazirin dediklərini təsdiqləsə də, cəbhənin cənubundakı kəndlərin müəyyən çətinliklərlə üzləşdiyini bildirib.

Sünik rayonunda blokadada olan və ya yaşayış şəraitinə çıxışı kəsilən yaşayış məntəqəsi yoxdur. ER Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında bəyan edib və əlavə edib ki, bu cür həyəcan siqnalları mütəmadi olaraq mətbuatda dərc olunur.

Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Baş nazirin bəyanatını təsdiqləyib.

“Bəli, yoxdur. Vorotanda da, Şurnuxda da, Parsavanda da yollar var. Əsas çətinlik cəbhənin Cənubundakı kəndlərlə bağlıdır. Yaxın 2-3 gündə Geqanuş-Cakaten hissəsini asfaltlayanda onlar daha əlçatan olacaq”-  deyə  Sanosyan qeyd edib.Sanosyan bildirib.

Nazir, həmçinin Goris-Kapan yolunda alternativ yolun tikintisinin hansı hissələrinin hazırkı vəziyyətin necə olduğunu, hazırda onların nə dərəcədə keçməyə yararlı olduğunu ətraflı təqdim edib.

Tatev-Ağvan hissəsi başa çatıb, iki qat asfaltlanıb, üçüncü qat isə yazda yapılacaq.

Digər 6 hissədə isə yol tikintisi işləri davam etdirilir. Onlardan biri 9 kilometrlik Kaşuni-Bardzravan yoludur ki, onun 3,5-4 kilometri torpaqla örtülüdür, digər hissələri abadlaşdırılır, yol tənzimlənir, asfaltlanır.

13 km-lik Tandzaver-Şurnux yolunun bir hissəsi sıfırdanqurulur.Bununla əlaqədar, Sanosyanın sözlərinə görə, müəyyən çətinliklər var, meşənin bir hissəsi var ki, oradan yol çəkilməlidir.

Amma qeyd etmək istəyirəm ki, tez-tez adını çəkdiyimiz həmin Şurnux kəndinin ən azı iki yolu var. Biri Xot-Vorotan-Şurnux yoludur, işlək, normal, keçidlidir, digəri isə Şurnux-Bardzravandır” – deyərək Sanosyan bildirib.

Dolama yolunun Vorotan-Xot hissəsinin 10 km-dən 5 km  asfaltlanmasa da, Sanosyanın sözlərinə görə, bünövrə hazırdır, onunla gəzmək olar, qalan 5 km-də isə abadlıq və asfaltlama işləri aparılır.

Sanosyan bildirib ki, yolun digər iki hissəsində – Kapan-Çakaten və Kapan-Geqanuş-Çakatendə torpaq işləri aparılır. Dünəndən  asfaltlama işlərinə başlanılıb.

“2-3 günə asfalt örtüyünü bitirəcəyik, yol daha asan və keçişli olacaq. Paralel olaraq indiki yola az qala paralel uzanacaq yeni Kapan-Cəbhə yolunu da çəkəcəyik.  Haçan ki, başa çatacaq  abadlaşdırılacaqdır”- deyərək nazir  qeyd edib..

O bildirib ki, 19,9 kilometrlik Tatev-Ltsen yolunun tikintisi davam etdirilir. Hazırda layihələndirmə işləri başa çatıb, 6,5 km-də artıq iki şirkət işləyir.

“Bizim planımız odur ki, bütün bu istiqamətlərdə, ən azı, bütün fəsillərdə bütün növ avtomobillərin keçə biləcəyi torpaq yol olsun. Həmin yollara texniki qulluq göstəriləcək, tikinti mövsümünün əvvəlində isə bütün yollara asfalt döşəyəcəyik” –  deyərək Paşinyan bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə həmin yolların hamısına asfalt döşənəcəkdir.

Daha çox göstər
Back to top button