BaşlıcaSiyasət

Brüsseldə dəmir yolunun tikintisi ilə bağlı qərar bir daha təsdiqlənib: Paşinyan

Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə keçirilən görüşündə bir daha təsdiqlənib. Bu barədə ER baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib.

“Xatırlatmaq istərdim ki, bu razılıq üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə regional kommunikasiyaların açılması üzrə Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli işçi qrupunun müzakirələri nəticəsində əldə olunub. Bu razılaşma Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə keçirilən görüş zamanı qeydə alınıb və AŞ prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşdə faktiki olaraq bütün bunlar qeydə alınıdı”, – deyə Paşinyan bildirib.

O vurğulayıb ki, dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş gömrük və sərhəd qaydalarına uyğun, qarşılıqlı əsasda, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Bu dəmir yolu vasitəsilə Ermənistan İran və Rusiyaya, Azərbaycanın isə Naxçıvan Muxtar Respublikasına çıxışı olacaq.

Baş nazirin sözlərinə görə, Türkiyə ilə münasibətlərin normallaşması nəticəsində sərhəd və kommunikasiyalar açılsa, dəmir yolu genişləndiriləcək.

“Bu, mühüm sazişdir və ümid edirəm ki, biz onu dəqiqliklə icra edəcəyik. Bu, regionda iqtisadi, siyasi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək mühüm layihədir”, – deyə Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button