
““3+3” regional məşvərət platforması Cənubi Qafqaz ölkələri və onların qonşularını bir-birinə yaxınlaşdırmağa yönələn praqmatik, siyasətləşdirilməmiş format olaraq yaradılıb və bu formada fəaliyyət göstərir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Sputnik”ə müsahibəsində deyib.
O qeyd etdi ki, birgə çalışmalarda müştərək maraq kəsb edən, etimadı artıran məsələlərə üstünlük veririrlər.
“Bunlar iqtisadi-ticari, nəqliyyat, mədəni-humanitar əlaqələrin gücləndirilməsi, ümumi təhlükələrə qarşı mübarizədir. 3+3-ün dekabrın 10-da Moskva şəhərində keçirilən ilk iclası göstərdi ki, iştirakçılar təkcə konstruktiv dialoq aparmaqda yox, həm də qarşılıqlı əməli əməkdaşlıqda maraqlıdır”,- Rudenko vurğuladı.
Rusiya xarici işlər nazirinin müavini həmçinin Gürcüstanın formatın ilk iclasına öz nümayəndələrini göndərməməsindən təəssüfləndiyini vurğulayıb: “Bununla belə, bütün iştirakçılar Gürcüstanın da bu platformaya qoşulmasında maraqlı olduqlarını bəyan etdilər və Gürcüstan üçün qapının açıq qaldığına dair razılığa gəldilər””’,-deyə o qeyd etdi.







