Başlıcaİctimaiyyət

Tofiq Yaqublu araşdırmadan narazıdır

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu onun işgəncə şikayəti ilə bağlı araşdırmalardan narazıdır. Bu barədə AzadlıqRadiosuna danışan siyasi fəal deyir ki, prokurorluğa şikayətindən bir aydan çox vaxt keçsə də, onu döyənlər cəzalandırılmayıb.

Səbail Rayon Prokurorluğunda gedən araşdırmalarla bağlı obyektiv nəticəyə ümidi olmadığını deyən Yaqublu düşünür ki, cinayət işinin başlanması rədd olunacaq. Bu halda isə prokurorluğun rədd qərarını məhkəmədə mübahisələndirmək niyyətindədir.

Yaqublu əlavə edib ki, yerli məhkəmələr şikayətinə obyektiv baxmasa, bu işi də Avropa Məhkəməsi müstəvisinə çıxaracaq.

Vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, cinayət işinin başlanması üçün kifayət qədər faktlar var və onları prokurorluğa təqdim ediblər. Yaqublu prokurorluğa şikayətindən dərhal sonra ekspertizadan keçirilib, onun üzərindəki xəsarət izləri müəyyənləşdirilib.

Daha çox göstər
Back to top button