
KTMT sülhməramlı kontingentinin erməni bölməsi maşınları Rusiya Hərbi Hava-Kosmik Qüvvələrinin üç İL-76 hərbi-nəqliyyat təyyarəsinə yükləyib və ekipajla birlikdə Almatı hava limanını tərk edib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ermənistan, Belarus, Tacikistan və Qırğızıstan Kollektiv Sülhməramlı Qüvvələrinin bölmələri Qazaxıstan Respublikasında sosial əhəmiyyətli obyektlərin mühafizəsi ilə bağlı onlara verilən tapşırıqları yerinə yetirmişlər və vətənlərinə qayıdırlar.
Qeyd edək ki, Qazaxıstanda 2022-ci ilin yanvar ayının ilk günlərində kütləvi etirazlar başlayıb. Yanvarın 4-5-də Almatıda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. KTMT vəziyyəti sabitləşdirmək üçün Qazaxıstana sülhməramlı qüvvələr göndərib.







