BaşlıcaSiyasət

Azərbaycanda erməni mədəni irsinin məhv edilməsi üçün xüsusi İşçi qrup yaradılıb

“Ermənlilərin alban dini məbədlərinin üzərinə yazdıqları qondarma izlərin aradan qaldırılması üçün alban tarixini, arxitekturasını bilən mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb”.

Bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, beynəlxalq ekspertlərlə də iş aparılır: “Onların Azərbaycana dəvət edilməsi planlaşdırılır”.

“Həmin ərazilər hələ tam təhlükəsiz deyil. Ərazilər minalardan təmizlənəndən sonra həm yerli, həm də beynəlxalq ekspertləri ora aparacağıq”,-deyə nazir qeyd etdi.

Bu arada Azərbaycan hakimiyyəti YUNESKO nümayəndələrinin nəzarətində olan ərazilərə daxil olmasına qəti şəkildə icazə vermir. Səbəblər bəllidir. Azərbaycan tərəfinə “sübutları” saxtalaşdırmaq üçün vaxt lazımdır.

Daha çox göstər
Back to top button