
ER Parlamentinin Dövlət və Hüquq Məsələləri üzrə Daimi Komitəsinin sədri Vladimir Vardanyan humanitar sahədə, xüsusən də hərbi əməliyyatlar başa çatdıqdan sonra dövlətlərarası əməkdaşlığın vacibliyini vurğulayıb.
Vardanyan parlamentin brifinqində Baş nazirin son bir ildə erməni tərəfinin birinci Artsax müharibəsində itkin düşmüş 108 nəfərin cəsədini ilkin şərt olmadan Azərbaycana təhvil verməsi barədə bəyanatına istinad edərək belə bir fikri bildirib.
“Humanitar addımlar sövdələşməyə imkan verməməlidir. Başqa sözlə, dövlətlər arasında humanitar sahədə əməkdaşlıq, xüsusən də hərbi əməliyyatlar başa çatdıqdan sonra tam şəkildə həyata keçirilməlidir. İtkin düşənlərlə bağlı biz bütün beynəlxalq platformalarda məsələ qaldırırıq. Söhbət zorla yoxa çıxma hallarından gedir, hərbçilərimiz əsir götürülüb, lakin hələ də əsir statusu almayıblar və həmin şəxslər haqqında məlumatlar yoxdur”,-Vardanyan bildirdi.
O xatırladıb ki, AŞPA-nın məcburi itkin düşməsinə dair qəbul etdiyi qətnamələrin birində xüsusi müddəa nəzərdə tutulub ki, hərbçi əsir düşdüyü halda, hələ də hərbi əsir statusu almadığı hallarda onun tam müdafiəsi təmin edilməlidir, məcburi yoxa çıxma halları qəbuledilməzdir. Deputat əmin edib ki, bundan sonra da bütün beynəlxalq platformalarda bu istiqamətdə çıxış edəcəklər. Vardanyan qeyd edib ki, bu, əksər dövlətlərin cinayət yurisdiksiyası daxilində cinayət sayılır.
O qeyd edib ki, itkin düşənlərin müəyyən qrupu var ki, onların taleyi aydınlaşdırılmalı, bütün səylər bu istiqamətdə aparılmalıdır. İnsanın taleyi, yeri, başına gələnlər ilk növbədə ailəsinə, qohumlarına açıq olmalıdır”, – deyə deputat vurğulayıb.







