ArtsaxBaşlıcaİctimaiyyət
Rus sülhməramlıları Askeranda humanitar aksiya keçiriblər

Rusiya sülhməramlı kontingentinin hərbçiləri xeyriyyəçilərlə birlikdə Dağlıq Qarabağda humanitar aksiyalar təşkil ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirdi.
“Rusiya sülhməramlı kontingenti Xeyriyyə Təşkilatları İttifaqı ilə birgə Stepanakertdə Askeran rayonunun sakinləri üçün humanitar aksiya təşkil edib. Ədyal, geyim və ayaqqabı verildi. Sabah Xnatsax qəsəbəsində də Askeran rayonunun köçkünləri üçün aksiya keçiriləcək”, – Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Andrey Kudrin bildirib.
Bu il ərzində Rüsiya sülhməramlıları bir çox humanitar aksiya keçiriblər. Sakinlərə ilkin ehtiyac üçün vasitələr verilib.







