BaşlıcaSiyasət

Tankyan Qərbin seçici simpatiyasından danışıb: “Türkiyə Dağlıq Qarabağa soxularkən nə etdiniz?”

“System of a Down” rok qrupunun solisti Serj Tankyan özünün Facebook səhifəsində Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda Qərbin davranışına toxunan geniş paylaşım edib.

“Almaniya Holokostu tanımasaydı, İsrail Almaniya ilə münasibətlərini normallaşdırarmı?” – deyərək  Tankyan yazısının sərlöhvəsini  belə adlandırıb.

“Putin Ukraynanı işğal etməmişdən əvvəl dünya erməniləri Azərbaycan və Türkiyə tərəfindən 2020-ci ildə Artsaxda baş vermiş müharibəni xatırlayır və Qərbin ikiüzlü, seçici simpatiyasını əməlini yaxşı dərk edirlər” – deyərək Tankyan yazıb və Türkiyənin Kipr və Suriyanı, Liviya və Artsaxı işğal edəndə Qərbin nə etdiyini soruşub.

Tankyan qeyd edib ki, 2020-ci ildə Türkiyə Artsaxın dinc əhalisinə hücumu zamanı Azərbaycana qoşulub, halbuki burada qədimdən ermənilər yaşayır.

“Bu, ağır humanitar böhran və ermənilərin tarixi vətənlərindən deportasiyası ilə başa çatdı. Qarabağın böyük bir hissələri Azərbaycanın işğalı altındadır, orada və Ermənistanda yaşayan ermənilər isə Bakının neft diktaturasının davamlı hücumu altında olub.

Azərbaycan Qarabağın ermənilərsiz olmasını istəyir və amansız işgəncə, baş kəsmə və öldürmə videolarından aydın olur ki, onlar Qarabağın regionda statusunun həlli ilə bağlı göstərişlərə əməl etməyəcəklər” – deyərək Tankyan bildirib.

O, 1915-ci ildə Omsan İmperiyası tərəfindən ermənilərin soyqırımını da xatırladıb və qeyd edib ki, bir-birini əvəz edən Türkiyə hakimiyyəti soyqırım faktını hər cür inkar etməyə çalışır.

“Türkiyə Erdoğanın rəhbərliyi altında bir addım da irəli gedərək erməniləri yeni soyqırımla hədələdiyini xatırladıb”.

Tankyan bildirib ki, son aylarda Ermənistan və Türkiyə arasında münasibətləri normallaşdırmaq cəhdləri Qərb tərəfindən 2020-ci il Artsax müharibəsi zamanı susqunluqlarına haqq qazandırmaq, eləcə də Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən çıxarmaq üçün motivasiya ola bilər.

Musiqiçi müharibədən sonra Türkiyə ilə münasibətlərin “normallaşdırılması zərurətinə” və bunun qəbul edilməsi halına  də toxunub.

Daha çox göstər
Back to top button