Başlıcaİctimaiyyət

Ermənistan regionun ən xoşbəxt ölkəsidir

BMT-nin Dünya Xoşbəxtlik Hesabatında regionun digər ölkələri ilə müqayisədə xoşbəxtlik baxımından Ermənistan birinci yerdədir.

Ən xoşbəxt ölkələrin ilk onluğuna həmçinin Danimarka, İslandiya, İsveçrə, Niderland, Lüksemburq, İsveç, Norveç, İsrail və Yeni Zelandiya daxildir. ABŞ 16-cı (2021-ci ildə 14-cü), Böyük Britaniya 17-ci (2021-ci ildə 18-ci), Fransa 20-ci (dəyişməmiş) yerdədir.

Hesabatda Ermənistan regionun digər ölkələrini qabaqlayaraq 82-ci yerdədir, Azərbaycan 92-ci yerdə, Türkiyə 112-ci yerdə, Gürcüstan isə 105-ci yerdədir.

“World Happiness Report” hər il Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Bölməsi tərəfindən hazırlanır. O, dünyanın 146 ölkəsini qiymətləndirir və gözlənilən ömür uzunluğu, sosial dəstək, korrupsiya və digər göstəriciləri nəzərə alır. “World Happiness Report” ilk dəfə 2012-ci ildə dərc edilib.

Daha çox göstər
Back to top button