
Ermənistan ABŞ-la yüksək səviyyəli dialoqu davam etdirir. Alınan məlumata görə, bu haqda Xarici işlər naziri Ararat Mirzoyan parlamentin Xarici əlaqələr üzrə daimi komitənin iclasında deyib.
“Təhlükəsizlik Şurasının katibi ABŞ-da səfərdə olub. İki ölkənin Xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.Ermənistan-Amerika strateji dialoqunun növbəti sessiyasının təşkili ilə bağlı razılıq əldə olunubdur” – deyərək Mirzoyan bildirib.
Xarici işlər naziri onu da xatırladıb ki, 2021-ci il aprelin 24-də ABŞ Prezidenti Co Bayden Erməni Soyqırımını tanıyan və məhkum edən mesajla çıxış edib.







