Başlıcaİctimaiyyət

Ermənistanın Rumıniyadakı səfirliyi Ukraynadan Rumıniyaya keçən ermənilərə yardım edir

Ermənistanın Rumıniyadakı səfirliyindən verilən məlumata görə, Ukraynadakı vəziyyətlə əlaqədar Ermənistanın Rumıniyadakı səfirliyi Ukraynadan Rumıniyaya keçən köməyə ehtiyacı olan erməni əsilli Ermənistan vətəndaşlarına təcili yardım göstərir.

ER xarici işlər nazirinin əmrinə əsasən, martın 1-dən Rumıniya Respublikası və Moldova Respublikası ilə həmsərhəd Botoşan şəhərində ER-in Rumıniyadakı səfirliyinin müvəqqəti konsulluq məntəqəsi fəaliyyət göstərir. Konsulluq açıldığı gündən yüzlərlə erməni əsilli vətəndaşa lazımi köməklik və məsləhətlər verib.

Ermənistan Respublikasının Rumıniyadakı səfirliyi Rumıniyanın müvafiq orqanları ilə sıx əməkdaşlıq əlaqələri qurub, bunun sayəsində Ermənistan vətəndaşlarının Rumıniyaya gəlişi, eləcə də vətənə qayıtması operativ və qanuni şəkildə təşkil olunub.

Daha çox göstər
Back to top button