
Ukrayna böhranı başlayandan bəri Rusiyadan Ermənistana 74 minə yaxın insan gəlib. Bu barədə Ermənistan Respublikasının İqtisadiyyat naziri Vaqan Kerobyan bildirib.
Nazir qeyd etdi ki, Ermənistana gələn insanların çoxu ermənilərdir.
“Milliyyətcə ukraynalılar çox deyil, min ya da iki min insan. Rusiyadan gələn insanlara gəlincə, son məlumatlara görə, təxminən 75 min nəfər Ermənistana gəlib, onların da təxminən yarısı Ermənistan pasportu var. Ümumiyyətlə, Ermənistan, qonaqpərvər ölkədir, xüsusən də Rusiya vətəndaşları sərbəst yaşayıb işləyə bilərlər”,- nazir vurğuladı.
Onun sözlərinə görə, Rusiya Ermənistana ən böyük investordur.
“Biz hesab edirik ki, bir çox amillərə əsaslanaraq, investisiya dərəcələri ən azı eyni olmalıdır. Aydın məsələdir ki, iqtisadi vəziyyət sanksiyalar səbəbindən biz az çətin olur. Amma hesab edirəm ki, əməkdaşlığımızın iqtisadi fəallığı zəifləməməli, əksinə artmalıdır”,- nazir vurğuladı.







