
Azərbaycanla sülh sazişinin imzalanması o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu tapılmalıdır.
Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirdi.
Artsax məsələsinə toxunan Təhlükəsizlik Şurasının katibi qeyd etdi ki, problemin həllini təhlükəsizliyin təmin edilməsində görürük.
“Biz problemin həllini Dağlıq Qarabağda yaşayan soydaşlarımızın təhlükəsizliyinin, habelə hüquqların təmin edilməsində görürük. Ona görə də status məsələsi müəyyən olunmalıdır”,- Armen Qriqroyan qeyd etdi.







