BaşlıcaSiyasət

Ermənistanda 101 Vətən Müharibəsi veteranı var

Ermənistanda 101 Vətən Müharibəsi veteranı yaşayır. Onlardan ən ən yaşlı olanın 101 yaşı var. Ermənistan Veteranlar İttifaqının sədri, polkovnik Simon Yesayan bildirib ki, 101 veterandan 11-i qadındır.

Simon Yesayan qeyd edib ki, bu il Ermənistanda yaşayan 6 veteran 100 illiyini qeyd edəcək.

“Hazırda Yerevanda və bölgələrdə veteranlar var”, – o əlavə edib.

Simonyan bildirib ki, mayın 9-da Qələbə Parkında veteranlar gül dəstələri qoyublar, hərbi paradda iştirak ediblər, bundan sonra onlar Rusiya Federasiyasının Ermənistandakı səfirliyində olublar.

ER Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirdi ki, Ermənistan Respublikası Veteranlar İttifaqı QHT-yə ildə 18 milyon dram verir.

Daha çox göstər
Back to top button