Erməni həftəsi çərçivəsində İtaliyada bir sıra tədbirlər keçiriləcək

Mayın 9-da ER-in İtaliyadakı səfiri Tsovinar Hambardzumyan Piombino şəhərində meriyanın himayəsi altında Area 57 Onlus Assosiasiyası tərəfindən təşkil edilən Erməni həftəsinin açılışında iştirak edib və öz çıxışında İtaliya icmaları tərəfindən Erməni Soyqırımı və Artsaxın tanınmasının vacibliyinə toxunub, həmçinin Ermənistan və Artsaxın mövcud problemlərini təqdim edib.
“Armenpress”in məlumatına görə, Ermənistanın İtaliyadakı səfirliyinin rəsmi “Facebook” səhifəsində yerləşdirilmiş mesajda deyilir ki, Piambino şəhərinin meri Françesko Ferrari tədbirdə iştirak edənləri salamlayıb və çıxışında böyük məmnunluqla qeyd edib ki, Piombino yekdilliklə Erməni Soyqırımını tanıyan qətnaməni qəbul edib.
Fotoqraf Andrea Olivi və “Versailles Danta” teatr qrupunun direktoru Angela Toriani Evangelist də çıxış ediblər.
Erməni həftəsi çərçivəsində mayın 8-16-da Piombinoda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.







