Başlıcaİctimaiyyət
Azərbaycanda xüsusi karantin rejimi noyabrın 1-dək uzadılıb

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi daha iki ay uzadılıb. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il noyabrın 1-dək uzadılıb.
Qeyd edək ki, hazırda Azərbaycanda bütün qadağalar ləğv edilib. Yalnız ölkənin quru sərhədləri bağlıdır.







