Başlıcaİctimaiyyət
Vorotanda mina partlayıb, ANAMA-nın əməkdaşı yaralanıb

İşğal olunmuş Vorotan (Qubadlı) rayonu ərazisində avqustun 30-da piyada əleyhinə mina hadisəsi baş verib.
Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, partlayış nəticəsində, Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb.
Əməliyyata cəlb olunan Belçika malinuası – “Dina” ləqəbli minaaxtaran it ölüb.







