BaşlıcaSiyasət

Ermənistanda müxalifət məsləhətləşmələrə başlayır

Müxalifət Yerevanın “Fransa meydanı”nda etiraz aksiyası keçirib. “Müqavimət” hərəkatının koordinatoru İşxan Sağatelyan qarşıdakı hərəkətlərini təqdim edərək bildirib ki, onlar yeni təşəbbüslə çıxış edirlər, Ermənistanın bütün siyasi qüvvələri, analitikləri, ekspertləri, ziyalıları ilə hakimiyyət dəyişikliyindən sonra ölkənin inkişafı perspektivi və hərəkatın daha da genişləndirilməsi ilə bağlı məsləhətləşmələrə başlayırlar.

O, hakimiyyətin dəyişdirilməsinin iki yolunu qeyd edib: istefa və parlament vasitəsilə vəzifədən azad etməsi.

“Xalqın geniş təzyiqi olduğu halda hər iki istiqamətdə uğur əldə edə bilərik. Prosesin rəsmi dövriyyəyə buraxılması üçün deputatların 1/3-nin səsi lazımdır. 36 imza lazımdır. Baş nazirliyə namizəd xalqın iştirakı ilə müəyyənləşəcək. 36 imzanı təmin etdikdən və prosesə başladıqdan sonra  o, 48-72 saat çəkəcək”, – deyə Sağatelyan bildirib.

Daha çox göstər
Back to top button