ABŞ dövlət katibi Əliyevi hərbi əməliyyatları dayandırmağı tövsüyə edib

ABŞ dövlət katibi Əliyevi hərbi əməliyyatları dayandırmağı tövsüyə edib
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevi Ermənistana qarşı aparılan hərbi əməliyyatları dayandırmağ tövsüyə edib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat verib.
O bildirib ki, dövlət katibi Blinken gecə saatlarında Azərbaycan prezidenti Əliyevlə söhbət edib, Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar, o cümlədən Ermənistan ərazilərinin atəşə tutulmasından dərin narahatlığını bildirib.
“Dövlət katibi Əliyevi hərbi əməliyyatları dayandırmağa çağırıb və vurğulayıb ki, Birləşmiş Ştatlar hərbi əməliyyatları dərhal dayandırmağa və Ermənistanla Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə çalışır” – deyərək sözçünün bəyanatında bildirilib.
Sentyabrın 13-də saat 00:05-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qoris, Sotk və Cermuk istiqamətində artilleriya və iriçaplı atıcı silahlardan erməni mövqelərini intensiv atəşə tutmağa başlayıb. Düşmən PUA-dan də istifadə edir.
Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində saat 18:00-a olan məlumata görə vəziyyət gərgin olaraq qalır. Düşmən xüsusi təyinatlı bölmələrdən istifadə etməklə gün ərzində xüsusilə Nerkin Hand Şorja, Verin Şorja, Ardanış və Sotk istiqamətində mövqe irəliləyişini təmin etməyə can atır.
ER Silahlı qüvvələri qarşıya qoyulan döyüş tapşırıqlarını tam həcmdə yerinə yetirməkdə davam edir.
Ermənistan tərəfinin itkiləri ilə bağlı məlumatlar dəqiqləşdirilir. Hazırda Ermənistan tərəfinin Müdafiə nazirliyi tərəfindən təsdiqlənmiş 49 itkisi var.







