BaşlıcaSiyasət

DW istinadı:  “Ermənistanda Nensi Pelosi Azərbaycanın qanunsuz hücumlarını məhkum edib”

Almaniyanın DW nəşri ABŞ Nümayəndələr palatasının spikeri Nensi Pelosinin Yerevana səfərinə toxunaraq qeyd edir ki, o, Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarınıməhkum edib.

Mətbuat yazır ki, Pelosi 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra Ermənistana səfər etmiş ən yüksək vəzifəli ABŞ rəsmisidir.

ABŞ Konqresinin Nümayəndələr palatasının sədri qeyd edib ki, onun səfəri “Azərbaycanın Ermənistana qanunsuz və ölümyadıran hücumlarından sonra əlamətdardır.

O, qeyd edib ki, münaqişənin xronologiyasını vurğulamaq vacibdir. “Bu, azərbaycanlıların təşəbbüsüdür və bu, tanınmalıdır” – deyərək Pelosi bildirib.

Qəzet yazır ki, analitiklərin fikrincə, Azərbaycan Rusiya Ukrayna ilə məşğul olduğundan fürsətdən istifadə edərək  Ermənistan üzərinə hücuma keçib.

ER parlament spikeri Alen Simonyanın bəyanatından da sitat gətirilir ki, Ermənistan KTMT-dən çox narazıdır və gözləntilər özünü doğrultmur, strukturu güllə atmayan silaha bənzədir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın Moskvanın atəşkəs əldə etmək cəhdləri uğursuzluğa düçar olduqdan sonra atəşkəs üçün vasitəçiliyə görə ABŞ-a təşəkkür etdiyi bildirilir.

“Biz onların vasitəçiliyi ilə əldə edilən kövrək atəşkəs razılaşmasına görə Birləşmiş Ştatlara minnətdarıq”-deyərək o, Pelosi ilə mətbuat konfransında bəyan edib.

Daha çox göstər
Back to top button