
Baş nazirin müavini Mher Qriqoryan Amerika Birləşmiş Ştatlarının Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Lin Treysini qəbul edib.
Baş nazir müavininin idarəsindən verilən məlumata görə, görüşün əvvəlində Baş nazirin müavini Azərbaycanın Ermənistanın suveren ərazisinə son genişmiqyaslı təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edərək, ABŞ hakimiyyətinə bu addıma və məqsədyönlü bəyanatlara görə təşəkkür edib.
Səfir Ermənistanda akkreditə olunmuş səfirlərin hökumətin təşkil etdiyi yaşayış məntəqələrinə səfərlərini xüsusi vurğulayıb.
Baş nazirin müavini və ABŞ səfiri Ermənistan-Amerika ikitərəfli əməkdaşlığı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıb, Eyni zamanda Daxili işlər nazirliyinin yaradılması istiqamətində görülən işlərə toxunub.







