BaşlıcaBeynəlxalq
Serdar Kılıç: “Ermənistan çəkinmədən türk xalqının yanında durdu”

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Türkiyə tərəfinin xüsusi nümayəndəsi Serdar Kılıç ER Xarici işlər naziri Ararat Mirzoyanın Ankaraya səfərinə toxunub.
“Coğrafiya bizim ümumi taleyimizi müəyyən edən ən mühüm amildir, bəzən indiki kimi bu taleyi əzab-əziyyət formalaşdırır.
Bölgə ölkələri arasında humanitar həmrəylik bu əzabın aradan qaldırılması üçün ən yaxşı dərmandır. Regionun bütün ölkələri kimi Ermənistan da tərəddüd etmədən türk xalqıyla yan-yanaşı durdu”- deyərək Kılıç Twitter səhifəsində Ararat Mirzoyanı qarşılayan mərasimdən fotoları dərc edib.











