
Mən AB-nin Ermənistandakı missiyası ilə fəxr edirəm, bu, böyük töhfə verəcək. Bu haqda Almaniya kansleri Olaf Şolz, martın 2-də Berlində ER Baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında hazırda AB missiyasının sayının artırılması imkanının olub-olmaması sualını cavablandırarkən bildirib.
“Biz o missiyanı inkişaf etdirəcəyik, qalanını görəcəyik”-deyə o əlavə edib.
ER Baş naziri Nikol Paşinyansa öz növbəsində deyib: “Qəbul edilən qərardan çox məmnunuq. AB-nin müşahidəçi missiyasının iştirakı qarşılıqlı rəsmi məktublarla tənzimlənir, lakin bizim həm də razılığımız var ki, bu mövcudluğu tənzimləyən saziş müzakirə olunmalıdır.
Düşünürəm ki, biz yaxın vaxtlarda monitorinq missiyasının olmasını tənzimləyən sənəd imzalaya bilərik”.







