BaşlıcaSiyasət

Amerika xüsusi xidmət orqanları Artsax münaqişəsinin perspektivini təhlil ediblər

ABŞ xüsusi xidmət orqanlarının Konqresə təqdim etdiyi illik hesabatda Ermənistan, Azərbaycan və regionumuzun problemlərinə istinad edilir.

Sənəddə ilk olaraq Ermənistan ərazisinin bir hissəsinin Azərbaycan tərəfindənzəbt edilməsi  qeydə alınıb.

Qlobal Təhlükələrin Qiymətləndirilməsi sənədi martın 9-da Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu, Müdafiə Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri Senatın Kəşfiyyat Komitəsinin qarşısında çıxış edərkən bəyan edilib.

Sənəddə Ermənistanla Azərbaycan arasında hazırlanmaqda olan “Sülh müqaviləsi”ndən və onun gecikdirilməsinin perspektivlərindən də bəhs edilir.

Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanlarının illik hesabatının bəyan edilməsindən bir gün sonra ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn, səfirliyin məlumatına görə, “təxminən üç ay təbii hərəkət üçün bağlı olan Laçın dəhlizinin başlanğıcı hissəsinə  baş çəkdi”.

Adətən, yeni təyin olunmuş səfirin ilk səfərləri həmin dövlətin həllinə önəm verdiyi problemlərdən bəhs edir. Politoloq Suren Sarkisyanın fikrincə, səfir Kuinin səfərində də aydın məqsəd var.

Sarkisyan bu səfəri Azərbaycana və beynəlxalq ictimaiyyətə mühüm mesaj kimi qəbul edir. Politoloq səfirin ABŞ dövlət katibinin Laçın dəhlizinin tez bir zamanda açılması ilə bağlı dediklərini təkrar etməsini diqqətçəkən hesab edir.

“Bu blokada o vaxt baş verdi haçan, ABŞ-ın burada səfiri yox idi. Əvvəlki səfir getdi, yeni səfir gəldi və təbiidir ki, o, əvvəlcə ətraf mühiti öyrənməli, tanış olmalı, vəziyyətin  necə olduğunu başa düşməlidir.

Mən istisna etmirəm ki, MQ-nun həmsədr ölkələrinin və ya AB ölkələrinin səfirlərinin də yaxın gələcəkdə belə səfərləri olacaq.

Sadəcə vəziyyətlə tanış olmaq üçün ki, onlar nə barədə daha aydın təsəvvürə malik olsunlar. Azərbaycan deyir və reallıqda vəziyyət necədir”.

Vəziyyət ABŞ xüsusi xidmət orqanlarının illik hesabatında da vurğulanıb. Qlobal riskləri qiymətləndirən Amerika xüsusi xidmət orqanları Konqresə məlumat verib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin gərgin qalması ehtimalı var.

Bu, yeni müharibə xəbərdarlığıdırmı? Təhlilçilər deyirlər ki, müharibə ehtimalı həmişə qalır, çünki sülh müqaviləsi deyil, atəşkəs var.

Hesabatda həmçinin deyilir: “Sülh müqaviləsi olmadıqda, silahlı qüvvələrin dövlətlərarası sərhədə yaxınlığı, atəşkəs rejiminin tətbiqi mexanizminin olmaması, Ermənistanla Azərbaycan arasında münasibətlərin gərgin və bəzən qeyri-sabit qalması və Azərbaycanın Ermənistanla danışıqlarda məqsədlərinə çatmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olması ehtimalı var”.

ABŞ və Rusiya güc təhdidinə artıq reaksiya verib.

“Son günlərdə Dağlıq Qarabağda gördüyümüz kimi, Ermənistan-Azərbaycan münasibətlərində vəziyyət  kövrəkdir, zorakılığa meyillidir.

Biz Ermənistan və Azərbaycanla ikitərəfli və üçtərəfli formatda əməkdaşlığı davam etdirəcəyik ki, bu ölkələrə öz səlahiyyətləri daxilində razılığa gəlmək üçün diplomatik fəaliyyət göstərsinlər” –deyə bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price bildirib.

Güc hədəsi baxımından Rusiyanın reaksiyası diqqətəlayiqdir. O, iki səviyyədədir: Müdafiə nazirliyi Artsaxda 5 mart təxribatında hansı tərəfin günahkar olduğunu açıq şəkildə bəyan edib, Xarici İşlər nazirliyi isə aydın siyasi və məqsədyönlü qiymətləndirmələrdən yayınır.

 Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova onların bəyanatını adekvat sayır.

“Orada əsas məsələ tərəfləri təmkin və gərginliyin azaldılması üçün çağırışdır. Hər iki tərəfdən döyüşkən ritorika sülh gündəliyinin irəliləməsinə kömək etmir.

Bakı və Yerevan ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmaların bütün müddəalarına, o cümlədən, Dağlıq Qarabağda təhlükəsizlik və Laçın dəhlizi üzrə ciddi şəkildə riayət etməlidirlər.

Biz hesab edirik ki, rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışında fəal iştirakı da hazırkı vəziyyətin deeskalasiyasına töhfə verəcək” – deyə Zaxarova bildirib.

Bütün bunlarla yanaşı, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından da imtina edib.

Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Vahan Hunanyan KTMT-yə müvafiq təklif təqdim etdiklərini təsdiqləyib. “Pativ unem” fraksiyasının katibi Tiqran Abramyanın sözlərinə görə, “bununla Ermənistan KTMT-nin siyasi xəttinə münasibətini bildirir”. Ancaq analitiklər üçün bu addım aydın deyil.

Politoloq Suren Sarkisyan: “İndi çox danışılır ki, Rusiya hərbi bazası Ermənistanı, Rusiya sülhməramlı qoşunları isə Artsaxı tərk edərsə, o zaman təhlükəsizliyin qarantı ABŞ və ya AB olacaq.

Əslində bu məsələ ilk növbədə ABŞ və Avropa Birliyinə ünvanlanmalıdır, onlar o zamin olmaq istəyirlərmi?.. ABŞ və ya AB tərəfindən heç vaxt belə bir bəyanat olmayıb ki,onlar  xalqın təhlükəsizliyinin İlk növbədə Artsaxın, sonra isə Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyünün qarantı olmağa hazırdırlar.

Ermənistandakı analitiklər də AB vasitəçisinin dəyişdirilməsi ehtiyacının artmasından danışmağa başlayıblar. AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaara qarşı mübahisəli münasibət onun Bakıya səfərindən sonra formalaşıb.

Politoloq Tiqran Qriqoryanın sözlərinə görə, Klaar Bakıdan Tvirdə problemli qeydlər edib. Politoloqun fikrincə, Beynəlxalq Məhkəmənin qərarı olduğu halda hansısa şəffaflıq mexanizmindən danışmaq, “Zəngəzur dəhlizi” adlandırılan məsələ ilə bağlı müzakirələri məqbul hesab etmək yolverilməzdir.

 Tiqran Qriqoryanda belə bir təəssürat yaranıb ki, Klaar danışıqların simulyasiyası davam etməsi üçün Bakını təxribata çəkməməyə çalışır, lakin danışıqların həmin istiqaməti artıq nəticə vermir, çünki Azərbaycan həmişə hərbi eskalasiyaya əl atır.

Amerika kəşfiyyatçıları isə öz hesabatlarında daha intensiv hərbi toqquşmaların 2022-ci ildə baş verdiyini qeyd ediblər. Sentyabrda sitat: “Azərbaycan qüvvələri sərhədin bir neçə yerində koordinasiyalı hücuma keçərkən Ermənistan ərazisinin bir hissəsini ələ keçirib, bunun nəticəsində 300-ə yaxın hərbiçi həlak olmuşdur”.

ABŞ xüsusi xidmət orqanları qeyd edir ki, sülh danışıqlarında müəyyən irəliləyiş əldə olunub, lakin dövlət sərhədləri və Dağlıq Qarabağın gələcəyi ilə bağlı ən mürəkkəb məsələlər “həll olunmaqdan uzaqdır”.

Daha çox göstər
Back to top button