Ekonomika
Bir il ərzində 2000-ə yaxın yüksək texnologiya şirkəti Ermənistana gəldi: Kerobyan

Son bir il ərzində 2 minə yaxın İT şirkəti, həmçinin 50 minə yaxın proqramçı və digər yüksək texnologiyalı mütəxəssis Ermənistana gəlib. Bu barədə “DigiTech-2022” konfransı zamanı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.
Onun sözlərinə görə, bu göstəricilər sübut edir ki, Ermənistanda fəaliyyət göstərən açıq iqtisadiyyat modeli yüksək texnologiyalar sektorunun nümayəndələrini cəlb edir.
İqtisadiyyat naziri vurğulayıb ki, bütün həyata keçirilən layihələr şirkətlərin məhsuldarlığının artırılmasına xidmət edəcək.
Qeyd edək ki, martın 10-11-da Yerevanda “DigiTech-2022” konfransı və texnologiya sərgisi keçirilib.







