
Ermənistanın Ərazi İdarəetmə və İnfrastrukturlar naziri Qnel Sanosyan yeni AES-in tikinti işlərinə toxunub.
Nazirin sözlərinə görə, bu işlərə 2025-26-cı illərdə start verilməlidir. “İşlər aparılır. Bu, maliyyə, siyasi, enerji və vaxt baxımından kifayət qədər ciddi, mürəkkəb qərardır”.
Onun sözlərinə görə, atom elektrik stansiyaları 60+40 dövrü üçün tikilir, onların ən azı 100 illik ömürləri olmalıdır.







