
ER hökumətinin iclasında maliyyə naziri Vahe Hovhannisyan dövlət borcunun göstəricilərinə toxunub. Onun sözlərinə görə, dram borcunun dövlət borcunda xüsusi çəkisi artıb və ümumi borcun 40 faizini təşkil edir.
“Bu, qismən dramın bahalaşması ilə bağlıdır. Əgər borcun/ÜDM nisbətinin azalmasından danışırıqsa, onda bunun bir hissəsi dramın bahalaşması ilə bağlıdır, çünki borcumuzun əhəmiyyətli hissəsi xarici valyutada, digər hissəsi isə mütərəqqi iqtisadi artım templəri ilə bağlıdır. Digər tərəfdən, büdcə kəsiri bizim planlaşdırdığımızdan aşağı idi, bunun da öz təsiri oldu.
İndi biz orta müddətli borc strategiyası üzərində işləyirik, burada yaxın illərdə borcları necə idarə etməyi planlaşdırdığımızı və mövcud olan əsas riskləri azaltmaqla necə irəliləyəcəyimizi təqdim edəcəyik”, – nazir bildirib.
Baş nazir Nikol Paşinyan öz növbəsində deyib: “Bizə deyirlər ki, bizim 10 milyard dollardan çox borcumuz var, amma biz vətəndaşlarımıza ÜDM-imizlə müqayisədə çox az borcumuz olduğunu göstərməliyik. Əsasən ÜDM-in 46 faizi ilə Ermənistan yenə də yüngül borc yükü olan ölkə hesab edilir”.







