BaşlıcaEkonomika

Ermənistan Çabahar limanında operator olmaq istəyir:  işçi qrupu yaradılacaq

ER Baş naziri Nikol Paşinyanın qərarına əsasən, beynəlxalq multimodal yüksək sürətli marşrutun (MIFA) işə salınması və İranın Çabahar limanında operatora çevrilməsi məsələlərini müzakirə etmək üçün idarələrarası işçi qrupu yaradılacaq.

Bununla bağlı məlumat hökumətin e-gov.am saytında dərc olunub.

Qərar qüvvəyə mindikdən sonra işçi qrupunun rəhbəri üç aylıq fasilələrlə ER Baş nazirinə görülmüş işlər haqqında məlumat təqdim etməlidir.

Lazım gələrsə, tövsiyələr və fəaliyyət planı təqdim edəcək və 2023-cü il noyabrın 1-dək yekun nəticələri təqdim etməlidir.

Qeyd edək ki, Ermənistanın İrandakı Fövqəladə və səlahiyyətli səfiri Arsen Avakyan ötən il “Şimal-Cənub” magistralının İranla Gürcüstan arasındakı məsafəni xeyli azaldacağını açıqlamışdı.

 O, vurğulayıb ki, həmin magistral yolun tikintisi başa çatdıqdan sonra Çabahar, Bəndər Abbas və digər Cənub İran limanlarından yükləri 2-3 gün ərzində Gürcüstanın Qara dənizdəki limanlarına çatdırmaq mümkün olacaq və bundan sonra Avropaya gedən marşrutu davam etdirəcəkdir.

Daha çox göstər
Back to top button