
Mayın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Pirisi qəbul edib. Bu barədə ER XİN məlumat yayıb.
Tərəflər Ermənistan-NATO əməkdaşlığı məsələlərinə toxunublar.
Onlar Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı məsələləri də müzakirə ediblər.
Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində son müzakirələri, əsas məsələlər üzrə erməni tərəfinin mövqeyini təqdim edib. Mirzoyan qeyd edib ki, Azərbaycan tərəfindən təcavüzkar siyasətindən və təxribat xarakterli hərəkətlərindən əl çəkilməsi danışıqlarda irəliləyiş üçün mühüm amildir.







