BaşlıcaSiyasət

RF-nın  Kapanda konsulluğunun açılması məsələsi müzakirə olunur

Rusiya Federasiyasının Kapanda baş konsulluğunun açılması məsələsi müzakirə olunur:

Verilən məlumata görə, bu haqda  Ermənistan Xarici işlər nazirinin müavini Vahan Kostanyan parlamentdə jurnalistlərə verdiyi brifinq zamanı qeyd edib.

“Kapanda məhz baş konsulluğun açılması məsələsi müzakirə olunur”- deyə Kostanyan bildirib.

Nazir müavini Rusiya Federasiyasının Ermənistandakı səfirliyindən Rusiya Federasiyasının Kapanı hansı məqsədlə seçdiyini soruşmağa çağırıb.

“Prosedurlara tam əməl olunacaq: Biz beynəlxalq tərəfdaşlarımızın vəziyyətlə daha yaxından tanış olmaq üçün Syunikdə diplomatik nümayəndəliyə malik olmaq marağı və istəyini alqışlayırıq” – deyərək Kostanyan bildirib.

Bundan öncə İran İslam Respublikası Kapan şəhərində baş konsulluq açıb.

Daha çox göstər
Back to top button