
Ümumdünya İslahat Edilmiş Kilsələr İttifaqı (WCRC) Ümumdünya Kilsələr Şurasının və Avropa Kilsələr Konfransının Dağlıq Qarabağın blokadasını dərhal aradan qaldırmaq çağırışını dəstəkləyir və iştirak edən tərəfləri regionda ədalətli sülhün bərqərar olması üçün səy göstərməyə çağırış edir.
WCRC qeyd edir ki, son 7 ayda Laçın dəhlizi ilə yüklərin daşınmasını daha da məhdudlaşdırdıqdan sonra Azərbaycan hökuməti iyunun 15-də Ermənistanı Dağlıq Qarabağ (Artsax) ilə birləşdirən yolu tamamilə bağlayıb və bu, artan humanitar böhrana gətirib çıxarıb.
“Dünya siyasəti, regional dinamika və partiya ittifaqları çox vaxt müəyyən böhranları qaranlıqda qoyur və onlardan yalnız bir neçəsinə diqqət yetirir.
Artsaxdakı hazırkı böhran təcili diqqət və bağlanmış həyat yolunun açılması çərçivəsindən kənara çıxacaq və ədalətin və davamlı sülhün bərqərar olmasına gətirib çıxaracaq həll yolu tələb edir” – deyə Erməni Yevangelist Kilsələri İttifaqının rəhbəri vəzifəsini icra edən Pol Haydostyan bildirib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin iyulun 25-də yaydığı bəyanatda deyilir:
“Mülki əhali indi həyat qurtaran dərmanların və gigiyena məhsulları və uşaq qidası kimi zəruri əşyaların çatışmazlığı ilə üzləşib”.
“Meyvə, tərəvəz və çörək günü-gündən daha az olur və bahalaşır, süd məhsulları, günəbaxan yağı, dənli bitkilər, balıq və toyuq əti kimi digər ərzaq məhsulları isə yoxdur”.
Azad Avropa Radiosunun hesabatına görə, Azərbaycan və Ermənistan “uzun illərdir ki, Dağlıq Qarabağla bağlı mübahisəyə cəlb olunublar”.
“Münaqişənin nizamlanmasına yönəlmiş diplomatik səylər o qədər də effektli olmadı və 2020-ci ildə iki tərəf arasında Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə olunana qədər altı həftə davam edən yeni müharibə başladı və nəticədə Ermənistan öz torpaqlarının bir hissəsini itirdi.
Onun nəzarəti altında olan bəzi bölgə və ona bitişik yeddi rayonu itirdi”deyə Azad Avropa Radiostansiyası hesabatında qeyd edib.
“Erməni nəzarəti altında Dağlıq Qarabağı xarici aləmlə birləşdirən yeganə yol Laçın dəhlizi idi. 2020-ci il müharibəsi nəticəsində Azərbaycan yolu əhatə edən əraziləri geri aldı və atəşkəs razılaşmasına əsasən, Rusiya sülhməramlıları monitorinq aparacaq və yolun təhlükəsizliyini təminedəcəkdi”.
Lakin Azərbaycan hökuməti razılaşmaya sadiq qalmaqdan imtina edir və əvəzində Artsaxa nəzarət tələblərində güzəşt əldə etmək məqsədi ilə Ermənistan hökumətinə və sakinlərə təzyiqi artırmaq üçün yol blokundan istifadə edir.
Ümumdünya İslahat Kilsələri Birliyi günahsız insanların sağlamlığı və həyatından siyasi təsir vasitəsi kimi istifadə taktikasını pisləyir və üzvlərini blokadanın götürülməsi və ədalətli və davamlı sülhün təmin edilməsi naminə səmimi danışıqların aparılmasını müdafiə etməyə çağsəsləyir”- deyərək bəyanatda qeyd olunub.







