2023-cü ilin iyul ayında Ermənistana 256 min turist gəlib

Ermənistan demək olar ki, həmişə maraqlı və xüsusi turizm məkanı olub, ziyarətçilərə ölkənin qonaqpərvərliyi, köklü tarixi, ləzzətli mətbəxi, möhtəşəm mənzərələri və tarixi-mədəni abidələri, macəra və qastro-turlar təklif edir.
ER Turizm Komitəsindən veril’n məlumata görə, 2023-cü ilin iyul ayında Ermənistana 256 minə yaxın turist səfər edib ki, bu da əvvəlki illərin eyni dövrü ilə müqayisədə ən yaxşı statistik göstəricidir.
2022-ci ilin iyul ayında Ermənistana 189 minə yaxın, 2019-cu ilin eyni dövründə isə 202 min turist səfər edib.
2023-cü ildə turist səfərlərinin sayı yanvar-iyul aylarında 1,26 milyon nəfər təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 29% çoxdur.
Ermənistana gələn turistlərin sayına görə lider ölkələr Rusiya, Gürcüstan və İrandır.







