
Azərbaycan qüvvələrinin yığılması iki əsas məqsəd güdür. Politoloq Armen Petrosyan qeyd edib ki, ilk növbədə Bakı yeni müharibənin başlanması ehtimalını öz gündəmində saxlayır.
“İkincisi isə Ermənistan və Artsaxı yeni müharibəyə başlamaq təhlükəsi altında birtərəfli güzəştlərə getməyə məcbur etməkdir. Buna hərbi diplomatiya deyirlər”, – deyə o bildirib.
Petrosyanın sözlərinə görə, Rusiya, ABŞ və Fransanın iştirakı ilə paralel pərdəarxası danışıqlar gedir. O, Fransa və ABŞ-ın tərəflərlə fəal təmaslarını, eləcə də ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Xovayevin regiona səfərini xatırladıb.
“Bütün bunlar gərginliyin artmasının qarşısını almağa yönəlib, lakin bu fəaliyyətin qısamüddətli təsiri hələ də aydın deyil. Eyni zamanda, onlar arasında regiona təsir uğrunda rəqabət gedir”, – o vurğuladı.







