
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdolahian arasında telefon danışığı olub. Rusiya Xarici İşlər Nazirliyinin press-relizində Cənubi Qafqaza və “3+3” formatında keçirilən görüşlərə istinad edildiyi bildirilir. “Zaqafqaziyadakı vəziyyət müzakirə olundu. Nazirlər Cənubi Qafqazın “3+3” məsləhətçi regional platforması çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını bildiriblər”, – məlumatda deyilir. Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub.







