
Fransadan alınan silahların köməyi ilə biz tam şəkildə səmanı bağlaya bilərik. Bu sözləri DQ MO-nun keçmiş komandiri Samvel Babayan deyib.
O bildirib ki, Ermənistanın hansı nəsil silahlar almasından xəbəri yoxdur:
“2021-ci ildə mən baş nazirə bu şirkətlə (Fransanın “Thales” şirkəti nəzərdə tutulur – red.) əməkdaşlıq haqqında yazdım. Bu fransız şirkəti çox yaxşı inkişaf etmiş elektronikaya malikdir: o silahlar PUA-ları sıxışdıra və onların əraziyə daxil olmasına mane ola bilər. Sevinirəm ki, Ermənistan nəhayət bu silahları almaq imkanına malikdir. Raket sistemi həm məhv etmək, həm də müdafiə üçün nəzərdə tutulub”.
O qeyd edib ki, 2020-ci il müharibəsindən sonra Rusiyadan heç bir yardım, silah alınmayıb:
“Ona görə də Ermənistan hava hücumundan müdafiə qüvvələrini təkmilləşdirmək və özünə uyğun silah seçmək qərarına gəlib. Onlar Ukraynada o qədər məşğuldurlar ki, silah tədarük edə bilmirlər və biz də gözləyə bilmərik”.
O, Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin Fransa, artilleriya sistemlərinin, məsələn, Hindistan istehsalı olmasında problem görmədiyini də vurğulayıb.
Qeyd edək ki, Fransa Ermənistana “Thales” şirkətinin istehsalı olan 3 ədəd GM-200 HHM sistemi, həmçinin “Mistral” verəcək.







