
3+3” formatı regional problemlərin müzakirəsi üçün əlverişli platformadır”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan parlamentində çıxışı zamanı deyib.
“3+3” platforması regionun digər ölkələri ilə ünsiyyət qurmaq, ümumi maraq doğuran mövzuları müzakirə etmək üçün əlverişli formatdır.
Regionda nəqliyyat kommunikasiyalarının açılmasına gəlincə, Ermənistan özü regional kommunikasiyaların açılmasında maraqlıdır və yanaşmaları dəyişməyib. Başqa bir şey də var ki, bəzi ölkələr bu konsepsiyaya müəyyən alt mətn daxil etməyə çalışırlar. Bu, bizim üçün qəbuledilməzdir”, – deyə əlavə edib.
Nazir bildirib ki, əvvəllər olduğu kimi, Tehranda da Ermənistan ölkələrin suverenliyi əsasında regional kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib.
“Əminik ki, ərazimizdən keçən kommunikasiyalar sülhün bərqərar olmasına kömək edəcək”, – o qeyd edib.







